Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ, İsrail və İran arasında artan gərginlik Yaxın Şərqdə yeni qarşıdurma ehtimalını gündəmə gətirib. Qarşılıqlı ittihamlar, sanksiyalar və hərbi ritorika bölgədə onsuz da kövrək olan təhlükəsizlik balansını daha da zəiflədir. Xüsusilə İranın nüvə proqramı ətrafında davam edən mübahisələr vəziyyəti daha həssas edir. Mövcud şərtlər altında əsas suallardan biri nüvə silahının işə salınması riskinin nə dərəcədə real olmasıdır. Hərbi eskalasiyanın dərinləşməsi qlobal təhlükəsizlik üçün ciddi narahatlıq olaraq qalır.
Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, mövcud şəraitdə nüvə silahından istifadə məsələsi ümumiyyətlə gündəmdə deyil:
“İranın əlində nüvə silahının mövcudluğu barədə rəsmi təsdiq yoxdur və belə bir silahın olması halında belə, yalnız taktiki səviyyədə müzakirə predmeti ola bilərdi. Ancaq indiki vəziyyətdə nüvə silahından istifadəyə hərbi və ya strateji zərurət görünmür. Əməliyyat üstünlüyü əsasən İsrail və ABŞ tərəfindədir. Bununla yanaşı, İranın müəyyən ölkələrin ərazilərinə zərbələr endirməsi həmin dövlətlərin də münaqişəyə cəlb olunması ehtimalını artırır. Bu ölkələr öz təhlükəsizlik maraqları baxımından proseslərə qoşula və İran rejiminin zəiflədilməsi və ya dəyişdirilməsi istiqamətində mövqe sərgiləyə bilərlər”.
O bildirib ki, hər hansı atom-elektrik stansiyasının ərazisinə endirilən zərbələrlə bağlı müəyyən narahatlıqlar mövcud idi:
“Əsas risk ondan ibarət idi ki, mümkün zədələnmə nəticəsində reaktorlarda sızma baş verə və radiasiya fonu normadan yuxarı qalxa bilər. Bu ehtimal ictimaiyyətdə ciddi suallar doğururdu. Lakin aidiyyəti qurumların yaydığı son məlumatlara əsasən, hazırda ərazidə radiasiya səviyyəsi norma çərçivəsindədir. Bu səbəbdən, indiki mərhələdə nüvə təhlükəsizliyi ilə bağlı ciddi və birbaşa riskin olmadığı bildirilir”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, mövcud şəraitdə nüvə silahından istifadə məsələsi ümumiyyətlə gündəmdə deyil: