“Nüvə silahı ləğv edilsin!” Si Cinpin çağırış etdi

19.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Nüvə silahları tamamilə qadağan edilməli və ləğv edilməlidir. Nüvə müharibəsi qazanıla bilməz və başlamamalıdır".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, belə bir bəyanatla Çin rəhbəri Si Cinpin çıxış edib.

O, nüvə silahlarının tamamilə qadağan edilməsinə və ləğv edilməsinə çağırıb. Onun bu sözləri Çinin ABŞ Prezidenti Donald Tramp və Rusiya başçısı Vladimir Putin arasında üçtərəfli sammitə ev sahibliyi etdiyi bir vaxtda səslənib.

Çin lideri nüvə silahlarını bəşəriyyətin üzərində asılmış "Damokl qılıncı" adlandırıb.

O, həmçinin üç böyük dövləti nüvə münaqişəsinin qarşısını almaq üçün lazım olan hər şeyi etməyə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməyə və qlobal strateji tarazlığı təmin etməyə çağırıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью