​“Nüvə silahından istifadəyə borcluyuq…” “Hər kəs bunu tam başa düşməlidir

23.11.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın nüvə doktrinasında Moskvanın nüvə silahından istifadə etməyə məcbur olduğu vəziyyətlərin siyahısı var.

“AzPolitika” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə "Moskva Beynəlxalq Hüquq Jurnalı"nda dərc olunmuş məqaləsində yazıb.

"Dövlət suverenliyi və nüvə silahları: milli təhlükəsizliyin təmin edilməsinin beynəlxalq hüquqi aspektləri" adlı məqalədə Medvedev qeyd edib ki, Ukrayna və onun tərəfdarları Rusiyanın öz milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən, o cümlədən nüvə silahından istifadə etmək hüququna malik olduğunu və bəzi hallarda “bu silahdan istifadəyə borclu olduğunu” unutmamalıdırlar.

Medvedev yazıb ki, Kiyevə gizli və ya açıq nüvə silahının ötürülməsi Moskvanı qabaqlayıcı addım kimi nüvə silahından istifadəyə məcbur edəcək. Baxmayaraq ki, Rusiyanın nüvə doktrinası "nüvə silahlarının qabaqlayıcı istifadəsini” birbaşa nəzərdə tutmur.

"Bu gün odla oynayan hər kəs bunu tam başa düşməlidir", - deyə o əlavə edib.

O bildirib ki, Rusiya doktrinası təkcə nüvə hücumuna cavab olaraq deyil, həm də dövlətin mövcudluğu təhlükə altındadırsa, qeyri-nüvə silahlarının kütləvi istifadəsinə cavab olaraq nüvə silahlarından istifadəyə icazə verir.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar zamanı nüvə silahlarından niyə istifadə etmədiyinə aydınlıq gətirən Medvedev Rusiya Prezidenti tərəfindən bütün amillərin hərtərəfli qiymətləndirilməsindən sonra hələlik "birbaşa zərurət vəziyyətinin" olmadığını bildirib.Təhlükəsizlik Şurası sədrinin müavini İranın nüvə proqramı və Qərbin ikili standartlarından da bəhs edib. O, İranın nüvə proqramını dinc, Tehrana qarşı sanksiyaları və güc təhdidlərini isə hüquqi cəhətdən əsassız və ayrı-seçkilik adlandırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropadan gələn hipotetik təhdidlərə münasibət bildirərkən deyib ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil, lakin Rusiyaya hücum baş verərsə, münaqişə adi hərbi əməliyyatlardan kənara çıxacaq. Nazir əlavə edib ki, Moskva istənilən ssenariyə hazırdır.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью