Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ alimləri əvvəllər təxminən 40 il yaşadığı düşünülən şirin su balığının 130 ilə qədər yaşaya bildiyini müəyyən ediblər.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, “Communications Biology” jurnalında dərc olunan araşdırmada “Blue Sucker” adlı balığın yaşı müəyyənləşdirilib.
Tədqiqatçılar balığın daxili qulağında yerləşən və otolit adlanan kalsium-karbonat təbəqələrini araşdırıblar. Ağacların illik halqalarına bənzəyən bu qatların sayılması nəticəsində balığın təxminən 130 il yaşadığı üzə çıxıb.
Alimlər nəticəni 1950-1960-cı illərdə nüvə sınaqları nəticəsində atmosferdə artan karbon-14 izlərini araşdırmaqla da təsdiqləyiblər. Araşdırmada diqqətçəkən digər məqam isə bu balıq növünün yayıldığı 23 ABŞ ştatından 22-də təhlükə altında olmasıdır. Buna səbəb kimi yaşayış mühitinin, xüsusilə çayların bəndlərlə parçalanması göstərilir.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin