Nvidia baş direktor vəzifəsinə namizədlər axtarır

12.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikanın texnologiya nəhəngi "Nvidia"nın rəhbərliyi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət hazırkı baş direktor Censen Huanq üçün potensial varisləri qiymətləndirmək məqsədilə kənar konsaltinq şirkəti ilə əməkdaşlığa başlayıb.

İddiaya görə, direktorlar şurası noyabrın 11-də məsələ ilə bağlı iclas keçirib və daimi baş direktor seçilənə qədər müvəqqəti rəhbər təyinatı variantını da nəzərdən keçirir.

"Nvidia" və Censen Huanq tərəfindən bu iddia ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью