“Nvidia” bu şirkətə 2 milyard dollar investisiya yatırır

26.01.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nvidia” “CoreWeave” şirkətinə 2 milyard dollar investisiya yatırır.

Banco.az xəbər verir ki, ABŞ-lı çip istehsalçısı “Nvidia” süni intellekt fabrikalarının qurulma prosesini sürətləndirmək məqsədilə ABŞ mərkəzli süni intellekt bulud infrastrukturu şirkəti “CoreWeave”ə 2 milyard dollar həcmində investisiya yatırdığını açıqlayıb.

Şirkət tərəfindən yayımlanan açıqlamada “Nvidia” ilə “CoreWeave” arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirildiyi bildirilib.

Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində “CoreWeave”in qlobal miqyasda süni intellektin istifadəsini genişləndirmək məqsədilə 2030-cu ilədək 5 giqavattdan artıq gücə malik süni intellekt fabrikalarının qurulmasının sürətləndirilməsi hədəflənir.

Açıqlamada “Nvidia”nın “CoreWeave” səhmlərinə hər səhm üçün 87,20 dollar qiymətlə ümumilikdə 2 milyard dollar investisiya etdiyi qeyd olunub. Eyni zamanda süni intellektə olan tələbin artmaqda davam etdiyi və hesablama gücünə olan ehtiyacın tarixi səviyyələrə çatdığı vurğulanıb. Bu tələbin qarşılanmasına töhfə vermək üçün “Nvidia” və “CoreWeave”in infrastruktur, proqram təminatı və platforma uyğunluğunu daha da gücləndirəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью