Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Brand Finance-in yeni hesabatına görə NVIDIA dünyanın beşinci ən dəyərli markasıdır.Marja xəbər verir ki, Dünyanın aparıcı brend qiymətləndirmə konsaltinq şirkəti olan Brand Finance-in məlumatına əsasən, NVIDIA-nın marka dəyəri 2025-ci illə müqayisədə 110% artaraq 2026-cı ildə 184,3 milyard ABŞ dollarına yüksəlib.
Bu artım şirkətin qlobal süni intellekt infrastrukturunun formalaşdırılmasında mərkəzi rolunu əks etdirir.
NVIDIA 2025-ci illə müqayisədə reytinqdə dörd pillə irəliləyərək TikTok/Douyin, Walmart, Samsung Group və Facebook-u marka dəyərinə görə geridə qoyub.Bununla belə, bütün süni intellekt markaları eyni yüksəlişi yaşamır.
Intel-in marka dəyəri təxminən 3% azalaraq 13,9 milyard dollara enib, NVIDIA və AMD isə sürətlə yüksəlməyə davam edir.
AMD-nin marka dəyəri hazırda 19,2 milyard dollar səviyyəsində qiymətləndirilir.
Reytinqə yeni daxil olan OpenAI isə 14,1 milyard dollarlıq marka dəyəri ilə 178-ci yerdədir.Brand Finance-in İdarə Heyətinin sədri və baş icraçı direktoru Devid Heyq bildirib:“Süni intellekt innovasiyalarından dəyər əldə etmək uğrunda gedən kəskin rəqabət şəraitində Intel getdikcə geridə qaln oyunçu kimi qəbul olunur, NVIDIA və AMD kimi rəqiblərin marka dəyərləri isə artan süni intellekt tələbi fonunda sürətlə yüksəlir.
Bu, Intel üçün həlledici bir məqamdır: ya sürətlə innovasiya edəcək, ya da geridə qalmaq riski ilə üzləşəcək.