Nvidia dünyanın ən dəyərli şirkəti olmaq üçün Appleı geridə qoyub

06.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia bazar dəyərinə görə Apple-ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şirkətin səhmlərinin artması ilə ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, Apple -ın 3,38 trilyon dollarlıq bazar dəyərini aşan Nvidia ikinci dəfə dünyanın ən dəyərli şirkəti oldu.

Qeyd edək ki, süni intellekt çiplərinə tələbatın artması ilə Nvidia-nın səhmləri ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью