Nvidia ətrafında casusluq iddiaları: ABŞ nazirinin adı hallanır

14.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ-ın çip nəhəngi "Nvidia"nın keçmiş baş direktoru Censen Huanq ilə Çinə casusluq etməkdə şübhəli bilinən Alis Huanq arasındakı münasibətlərin üzə çıxmasından sonra işlə bağlı hər gün yeni detallar aşkarlanır.

Turkustan.az xəbər verir ki, araşdırmaların izi nəhayət kriptovalyuta bazarına olan marağına görə "Bitcoin Bull" ləqəbi ilə tanınan ABŞ-ın Ticarət Katibi Hovard Lutnikə gedib çıxıb.

"The New York Times" qəzetinin məlumatına görə, Censen Huanq ilə yaxın əlaqələri olan Lutnikin "Nvidia" şirkətinin tələblərinə digər şirkətlərdən fərqli yanaşaraq onlara üstünlük verdiyi iddia olunur. Həmçinin bildirilir ki, Ticarət Katibi Çinə qabaqcıl çiplərin satışını məhdudlaşdıracaq qaydaların tətbiqini qəsdən təxirə salıb. Bundan əlavə, onun vaxtilə Alis Huanqın rəhbər vəzifədə çalışdığı Sinqapur mərkəzli "Megaspeed" şirkətini qara siyahıya salmaq üçün heç bir tədbir görmədiyi vurğulanır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью