Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın çip istehsalçısı "Nvidia" süni intellekt bumundan sürətlə böyüyən Tayvanın "MediaTek" şirkətinə 3,5 milyard dollar sərmayə yatıracaq.
Banco.az xəbər verir ki, şirkətlər arasında yeni razılaşma Nvidia-nın məlumat mərkəzi ekosistemində mövqeyini genişləndirmək və daha çox şirkəti öz texnologiyalarından istifadə etməyə cəlb etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Şirkətlərin birgə bəyanatına görə, "Nvidia" MediaTek-in səhmləri ilə konvertasiya edilə bilən istiqrazlar alacaq.
Bu investisiya iki çip dizayneri arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək.