Nvidia nin rüblük gəliri rekord səviyyəyə yüksəldi

18.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya şirkəti Nvidia-nin gəlirləri 2027-ci maliyyə ilinin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 103 faiz artaraq 115,8 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, şirkətin gəlirləri analitiklərin 108,85 milyard dollarlıq proqnozunu üstələyib.

Hesabat dövründə Nvidia-nin xalis mənfəəti də 105 faiz artaraq 65,3 milyard dollar təşkil edib. Şirkətin məlumat mərkəzləri üzrə gəlirləri isə 110 faiz artımla 107,6 milyard dollara yüksəlib.

Nvidia növbəti rüb üçün gəlir proqnozunu 130 milyard dollar açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью