“Nvidia”ya haker hücumu 10 gün vaxt verildi

18.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“The Gentlemen” haker qrupu “Nvidia” şirkətinin sistemlərinə müdaxilə etdiyini iddia edərək, 10 gün ərzində məxfi məlumatları yaymaqla hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Cybernews” məlumat yayıb.
 

Məlumata görə, hakerlər artıq geri sayımı başladıb. Onlar fidyə ilə bağlı danışıqların uğursuz olacağı təqdirdə əldə etdiklərini iddia etdikləri məlumatları ictimailəşdirəcəklərini bildiriblər.


Bununla belə, hakerlər indiyədək sistemə müdaxilə etdiklərini təsdiqləyən heç bir sübut təqdim etməyiblər.
Qeyd edək ki, “The Gentlemen” fidyə proqramları vasitəsilə məlumatları ələ keçirən ən fəal haker qruplarından biridir. Qrupun 1000-dən çox qurbanı aldatma yolu ilə maddi ziyana uğratdığı bildirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью