NYP : Maskın Ağ Evdəki iş yerində az görünür

30.04.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ hökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask Ağ Evdə praktiki olaraq uzaqdan işləməyə keçib.

Bizimyol.info xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Nəşrin yazdığına görə, onun tam ştatlı işdən getməsi barədə heç bir məlumat verilməyib. "Mütəmadi telefonla əlaqə saxlayırıq, işgüzarlıq effekt eynidir. O, sadəcə, əvvəlki kimi fiziki olaraq buraya gəlmək zamanını azaldıb, işlərə nəzarət və rəhbərlik fəaliyyətini isə fəal şəkildə icra edir" - deyə nəşr Ağ Evin aparat rəhbəri Syuzan Uilsin sözlərindən sitat gətirib.

Aprelin 21-də "The Washington Post" qəzeti yazıb ki, Mask siyasi solun nümayəndələrinin hücumlarından yorulduğuna görə Amerika administrasiyasını tərk etməyi planlaşdırır. Agentliyin tədbirləri minlərlə işçinin işdən çıxarılması və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью