NYT: ABŞ Venesuela neftinin satışından 12,26 milyard dollar qazanıb

11.11.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ 2026-cı ilin ilk doqquz ayı ərzində Venesuelanın neft ixracı və təbii sərvətlərinin satışından 12,26 milyard dollar gəlir əldə edib.

BAKU.WS xəbər verir ki, "The New York Times" qəzetinə istinadən xəbər verir ki, yanvarın 3-dən sentyabrın sonunadək toplanan vəsait ABŞ Maliyyə Nazirliyinin xüsusi hesabında cəmlənib.

Məbləğin 11,7 milyard dolları Venesuelanın milli valyutasının məzənnəsini dəstəkləmək üçün ölkəyə qaytarılıb, təxminən 130 milyon dollar isə xarici borcların ödənilməsinə ayrılıb.

Gəlirlərin təxminən 61 faizi Venesuela neftinin satışında xüsusi hüquqlara malik "Trafigura" və "Vitol" şirkətlərinin fəaliyyəti hesabına formalaşıb.

Qeyd edək ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Venesuelanın neft ehtiyatları ilə bağlı yeni müqavilənin elan olunduğunu açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью