NYT: “Ağ Ev Netanyahunu dilə tutmağa çalışır” | Icma.az
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, ABŞ administrasiyasındakı mənbələrə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.
Trampın bir sıra müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens, xüsusi elçi Stiven Uitkoff və prezidentin müşaviri Cared Kuşner İsrailin baş nazirini HƏMAS ilə münaqişəni daha da gərginləşdirməkdən çəkinməyə inandırmağa çalışırlar.
“Vaşinqton hesab edir ki, tammiqyaslı hücum əldə olunmuş razılaşmaları poza və atəşkəs rejiminin möhkəmləndirilməsi səylərinə zərbə vura bilər.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Qəzzada zorakılıqların davam edəcəyi təqdirdə İsrail qüvvələrinə HƏMAS-ın “kökünü kəsməyə” icazə verəcəyi barədə xəbərdarlıq ünvünlayıb”, - qəzet yazır.
İsrai-HƏMAS razılaşması | detallar Xatırladaq ki, Donald Trampın 20 bənddən ibarət Qəzza üzrə sülh planı girovların dəyişdirilməsini, İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını, beynəlxalq nəzarət altında olan müvəqqəti Fələstin hökumətinin yaradılmasını və anklavda humanitar yenidənqurma işlərinin başlanmasını ehtiva edir.
İsrail və HƏMAS arasında atəşkəs müvafiq razılaşmanın imzalanmasından sonra oktyabrın 10-da qüvvəyə minib.
Lakin oktyabrın 18-də “mötəbər məlumatlara” istinad edən ABŞ-nin Dövlət departamenti HƏMAS-ın Qəzzalılara hücumlar planlaşdırdığını açıqlayaraq, bunun “atəşkəs razılaşmasının birbaşa və ciddi şəkildə pozulması” olacağını bildirib.
Tam oxu
Xəbəri oxu