NYT: İlon Mask İranın BMTdəki daimi nümayəndəsi ilə görüşüb | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Seçilmiş prezident Donald Trampa yaxınlığı ilə bilinən amerikalı sahibkar İlon Mask İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.
“Report” “The New York Times”a istinadən xəbər verir ki, bu barədə İran rəsmiləri bildiriblər.
Mənbələrin məlumatına görə, görüş Nyu-Yorkda gizli bir məkanda keçirilib və bir saatdan çox davam edib.
Görüşün əsas mövzusu Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarının müzakirəsi olub.
İran tərəfi görüşü “müsbət” və “ümidverici” kimi qiymətləndirib. Trampın nümayəndələri görüşü şərh etməkdən imtina ediblər.
Analitiklər hesab edirlər ki, İran yeni administrasiya ilə diplomatik dialoq imkanını saxlamağa çalışır.
“Ümumilikdə, Trampla hər şey mümkündür”, – Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Ali Vaez deyib.
Tam oxu
Xəbəri oxu