Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın "Naftogaz" şirkəti qaz hasilatı gücünün 60%-ə qədərini itirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Bildirilir ki, son bir ay ərzində şirkətin sənaye obyektlərinə yeddi dəfə zərbə endirilib. Nəticədə istehsal gücünün 60%-ə qədəri sıradan çıxıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hücumlar davam edərsə, milyonlarla ukraynalı evlərini isitməkdə çətinlik çəkəcək. Elektrikli qızdırıcılara kütləvi keçid isə mümkün deyil. Elektrik şəbəkəsi artıq həddindən artıq yüklənib.
Elvin
Ölkə.az