NYT rəhbəri öldürüldü: Araşdırma başlandı

29.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The New York Times” qəzetinin 40 yaşlı mühəndislik direktoru Conatan Makkinsi Kaliforniyanın Dublin şəhərindəki idman kompleksinin dayanacağında güllələnərək öldürülüb.

Turkustan.az xəbər verir ki, hadisə şənbə günü günorta saatlarında baş verib. Polis əməkdaşları Dublin Sports Grounds kompleksinin dayanacağında çoxsaylı güllə yarası alan Makkinsini aşkarlayıb. O, hadisə yerində ölüb.

Polis şahidlərin köməyi ilə hadisədən qısa müddət sonra iki şübhəlini saxlayıb. Onların Makkinsinin qayınatası və qayınanası – 77 yaşlı Şouyonq Canq və Şili Çen olduğu müəyyənləşdirilib. Hər iki şəxs qətldə şübhəli bilinərək həbs olunub.

Makkinsi həyat yoldaşı ilə uzun müddətdir davam edən boşanma və uşaqların qəyyumluğu ilə bağlı hüquqi mübahisədə iştirak edirdi. Məhkəmə sənədlərində tərəflərin bir-biri ilə bağlı məişət zorakılığı iddiaları irəli sürdüyü qeyd olunur. Hadisənin motivi isə hələlik açıqlanmayıb və araşdırma davam edir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью