Nyu Cersidə meşə yanğını, 3 minə yaxın insan təxliyə edilib

23.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Nyu-Cersidə meşə yanğını, 3 minə yaxın insanı təxliyə edib

ABŞ-ın Nyu-Cersi ştatında baş vermiş meşə yanğını təxminən 1,3 min hektar ərazini əhatə edib.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli meşə yanğınlarına nəzarət xidməti məlumat yayıb.

Alov 1,3 min tikili üçün təhlükə yaradır. Hakimiyyət Ouşn dairəsindən 3 minə yaxın insanı təxliyə edib.

Yanğının səbəbi hələ ki müəyyən edilməyib. Hazırda yanğının yalnız 5 faizi nəzarət altına alınıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью