Nyu Dehlidə qırmızı həyəcan siqnalı verildi

07.08.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistan Meteorologiya Departamenti (IMD) paytaxt Yeni Dehlidə güclü yağışla bağlı qırmızı həyəcan siqnalı verib.

Bakıvaxtı.az "PTI" xəbər agentliyinə istinadən xəbər verir ki, bununla bağlı departament məlumat yayıb.

Bildirilib ki, qarşıdakı saatlarda əksər ərazilərdə orta səviyyəli yağış, bəzi yerlərdə isə güclü yağış və ildırım çaxacağı gözlənilir. Pis hava şəraiti torpaq sürüşmələrinə və daşqınlara səbəb olur. 

Xatırladaq ki, Assam ştatında son günlərdə təbii fəlakətlərdən 97 nəfər ölüb. Hindistanın şərqindəki Carxand ştatında isə ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью