Nyu York Dehli reysi ilə uçan təyyarə Rusiyada təcili eniş edib

02.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

ABŞ-nin Nyu York şəhərindən Hindistanın Dehli şəhərinə uçan sərnişin təyyarəsi sərnişinin səhhətinin pisləşməsi səbəbindən Rusiyada, Moskva vilayətindəki Şeremetyevo Beynəlxalq Hava Limanında eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarəyə qalxan tibbi personal sərnişinin artıq öldüyünü qeydə alıb.

Hüquq-mühafizə orqanları da hadisəni təsdiqləyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью