Nyu York Dehli reysi ilə uçan təyyarə Rusiyada təcili eniş etdi

02.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ-nin Nyu York şəhərindən Hindistanın Dehli şəhərinə uçan sərnişin təyyarəsi sərnişinin səhhətinin pisləşməsi səbəbindən Rusiyada, Moskva vilayətindəki Şeremetyevo Beynəlxalq Hava Limanında eniş edib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarəyə qalxan tibbi personal sərnişinin artıq öldüyünü qeydə alıb.

Hüquq-mühafizə orqanları da hadisəni təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью