Nyu York marafonunun qalibi diskvalifikasiya olundu, nəticələri ləğv edildi

30.03.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nyu-York marafonunun qalibi dopinq səbəbindən diskvalifikasiya olunub.

İdman.Biz xəbər verir ki, 32 yaşlı keniyalı marafonçu Albert Korir-in dopinq testlərində qadağan olunmuş sintetik eritropoetin (CERA) maddəsi aşkarlanıb. Bu maddə əzələlərin işini yaxşılaşdırır və dözümlülüyü artırır.

Korir 2021-ci ildə Nyu-York marafonunu qazanmış, həmçinin Vyana, Hyuston və Ottava marafonlarında da qalib olub. Dopinq aşkarlanması səbəbindən onun bütün nəticələri ləğv edilib və 5 il müddətinə diskvalifikasiya edilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью