Nyu York meri varlılar üçün vergi artımını təklif etdi

29.01.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az 

Nyu-York şəhərinin meri Zöhran Mamdani illik gəliri 1 milyon dollardan çox olan sakinlər üçün vergilərin 2 faiz artırılmasını təklif edib. 

Banco.az xəbər verir ki, Mamdani əvvəlki administrasiyanın şəhəri 12 milyard dollarlıq büdcə kəsiri ilə tərk etdiyini bildirib.

Mer bu kəsirin “Böyük tənəzzül” dövründəki göstəricilərdən də yüksək olduğunu vurğulayaraq, səbəb kimi zəif maliyyə idarəçiliyi və şəffaflığın olmamasını göstərib. Onun sözlərinə görə, yaranmış struktur balanssızlığı aradan qaldırılmalıdır.

Mamdani qeyd edib ki, vergi artımı əsasən illik gəliri 1 milyon dollar və daha çox olan ən varlı 1 faizi əhatə edəcək.

O, varlılara tətbiq edilən vergi artımlarının kapital axınına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara da toxunaraq, 2021-ci ildə vergilər artırılsa da Nyu-York ştatında milyonçuların sayının artdığını xatırladıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью