Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Baku TV-nin "Oralarda necədir" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə süjet 1664-cü ilədək Nyu-Amsterdam adlanan, Sentral Parkı, Azadlıq heykəli, Bruklin körpüsü, Metropoliten Muzeyi və işıqlı reklamları ilə məşhur olan ABŞ-nin Nyu-York şəhərinə həsr olunub.
Bu şəhərdə hər il təxminən 100 min uşaq dünyaya gəlir. Sığortası olan hər bir qadın üçün övlad dünyaya gətirmək pulsuzdur.
Sığortanın aylıq məbləği isə 200 dollar (təxminən 340 manat) təşkil edir.
Sığortası olmasa belə, dövlət xəstəxanasında ödənişsiz doğuş mümkündür.
Maraqlı məqamlardan biri də budur ki, burada təcili tibbi yardım çağırıldıqda onunla bərabər yanğınsöndürən maşın da gəlir.
Lakin hamilə qadının xəstəxanaya çatdırılması üçün təcili yardım çağırmaq sığorta tərəfindən qarşılanmır.
Bu xidmətin qiyməti isə 600 dollardır (təxminən 1 020 manat). Manhettendə biznes qurmaq kifayət qədər baha başa gəlir.