Nyu York Tel Əviv təyyarəsində bomba təhlükəsi

13.10.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nyu-Yorkdan havaya qalxaraq İsrailin Ben Qurion hava limanına eniş edən “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi anonim bomba təhlükəsi ilə bağlı yoxlamaya məruz qalıb.

Turkustan.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrail Hava Limanları İdarəsi təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə anonim məlumat alıb.

Məlumata əsasən, bütün sərnişinlər təyyarədən təxliyə edilib, daha sonra təyyarə hava limanının təcrid olunmuş ərazisinə yönləndirilib və orada axtarış aparılıb.

İsrail Hava Limanları İdarəsi təhlükəsizlik yoxlamalarının nəticələrinə dair açıqlamasında heç bir “qeyri-adi tapıntı” aşkarlanmadığını bildirib.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью