Nyu Yorkda Azərbaycan Polşa şəhərsalma dialoqu KONKRET

18.07.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

KONKRET.az xəbər verir ki, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin dövlət katibi Yan Şişko ilə görüşdə Katovitsedə keçirilmiş WUF11-in irsi, eləcə də Bakıda təşkil olunan WUF13-ün nəticələrinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və qlobal miqyasda dayanıqlı şəhər inkişafına töhfəsi müzakirə edilib.

Tərəflər Azərbaycan və Polşa şəhərləri arasında mövcud olan beş qardaşlaşmış şəhər əlaqəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın şəhərsalma, dayanıqlı inkişaf və yerli idarəetmə sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

Anar Quliyev bildirib ki, aparılan dialoq şəhərsalma sahəsində Azərbaycan və Polşa arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq platformalar çərçivəsində yeni birgə təşəbbüslərin irəli sürülməsinə təkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью