Nyu Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

17.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

ABŞ-nin Nyu-York ştatında 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan şahmat turniri keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, turnir Dövlət Komitəsinin dəstəyi, beynəlxalq dərəcəli şahmatçı Elvin Bağır-Pourun rəhbərlik etdiyi “Chess Father” şirkətinin təşkilatçılığı ilə baş tutub.

İsveçrə sistemi üzrə keçirilən yarışda 50-yə yaxın şahmatçı mübarizə aparıb. 7 turdan ibarət yarışda tanınmış qrossmeysterlər Maks Dluqi, Novik, Bauml Broderick, Ernest Koldinq və digər şahmatçılar iştirak ediblər.

Bütün qarşılaşmalarda qələbə qazanan amerikalı şahmatçı Bauml Broderick turnirin qalibi olub.

Sonda qaliblərə kubok və mükafatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью