Nyu Yorkda bina çökdü: Ölənlər və yaralılar var

12.11.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Nyu-York şəhərində yaşayış binasının qismən uçması nəticəsində iki nəfər həyatını itirib, 19 nəfər isə xəsarət alıb.

BAKU.WS xəbər verir ki, hadisə şəhərin Bruklin rayonunun cənubunda yerləşən Fletbuş məhəlləsində baş verib.

Üçmərtəbəli binanın bir hissəsi yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) çöküb.

Nyu-Yorkun yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinore hadisə nəticəsində yeddi uşaq da daxil olmaqla 19 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan dördünün vəziyyətinin ağır, 12 nəfərin isə sabit olduğu bildirilir.

Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib. Dağıntılar altında insanların qala biləcəyi ehtimalı nəzərə alınaraq əməliyyata dronlar da cəlb olunub.

Binanın hansı səbəbdən çökməsi hazırda Nyu-Yorkun Binalar Departamenti tərəfindən araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью