Nyu Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı 8 ə çatdı

12.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bruklində (ABŞ, Nyu-York) binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, azı 19 nəfər isə yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nyu-Yorkun meri Zöhran Mamdani bildirib.

Nyu-York Yanğınsöndürmə Departamentinin məlumatına görə, xəsarət alanlar arasında idarənin 3 əməkdaşı da var. 8 nəfər ölüb, 4 nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, 5 nəfər ciddi, lakin həyati təhlükəsi olmayan xəsarətlər, 10 nəfər isə yüngül zədələr alıb. Online alış-veriş

Qeyd edək ki, Nyu-Yorkun Bruklin rayonunda yaşayış və kommersiya sahələrinin yerləşdiyi üçmərtəbəli bina qismən çöküb. Bina bitişik tikinti meydançasının üzərinə çöküb.

Nyu-York Tikinti Departamenti bildirib ki, may ayında çökən binanın yaxınlığındakı tikinti obyektində bir neçə qayda pozuntusu qeydə alıb. Onların arasında işlərin dayandırılması barədə göstərişə zidd olaraq işlərin aparılması, qonşu obyektlərin düşən əşyalardan lazımi şəkildə qorunmaması və təsdiq edilmiş tikinti çertyojlarına riayət edilməməsi yer alır./Report


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью