Nyu Yorkda binanın uçması nəticəsində 2 nəfər ölüb, 17 nəfərisə xəsarət alıb

12.11.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinyore mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbi hələlik məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью