Nyu Yorkda biznesmen güllələndi Video

05.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ-ın Nyu York şəhərində iri şirkətlərdən birinin baş direktoru güllələnib.

Axar.az CNN-ə istinadən xəbər verir ki, “United Healthcare” tibbi sığorta şirkətində çalışan 50 yaşlı Brayan Tompson Manhettendə "Nyu York Hilton” otelinə gedən yolda hücuma məruz qalıb.

Polisin bildirdiyinə görə, qatil Tompsonu gözləyib və yaxınlıqda olarkən bir neçə dəfə atəş açıb. Biznesmen xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qətlin motivləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью