Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Nyu-York Brooklyn bölgəsində ikimərtəbəli evdə baş verən yanğın nəticəsində ilkin məlumatlara görə 6 nəfər həyatını itirib, 3-ü yanğınsöndürən olmaqla 7 nəfər yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York Yanğın Departamentinin açıqlamasına görə, Sunset Park məhəlləsindəki evdə gecə saatlarında baş verən yanğına 200-dən çox yanğınsöndürən müdaxilə edib. 3 saat davam edən işlərin ardından alov nəzarət altına alınıb.
Yanğının başvermə səbəbi araşdırılır.
Zeynəb Rzayeva