Nyu Yorkda görüşməyi planlaşdırırıq Mirzoyan Ceyhun Bayramovla görüşdən danışdı

15.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

"AzPolitika" xəbər verir ki, bunu Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib.

"Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, bu, qrafiklərdən asılıdır", - Mirzoyan deyib.

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də dövlət və hökumət başçılarının çıxış edəcəyi yüksək səviyyəli həftə başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью