525.az saytına istinadən Icma.az xəbər verir.
Nyu-York şəhərində güclü yağış daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, küçələr və metro stansiyaları su altında qalıb.
Bruklin-Kvins Ekspress Yolu və Kvins Bulvarı hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bəzi metro xidmətləri dayandırılıb, digərlərində isə fasilələr yaranıb.
Milli Hava Xidməti Nyu-York və Nyu-Cersi ştatlarının bəzi yerlərində şiddətli fırtına və qəfil daşqınların gözlənildiyi barədə xəbərdarlıq edib.
İbrahim Cəfərov