Nyu Yorkda miqrantlara qarşı kütləvi reydlər başladı

28.01.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Federal hakimiyyət orqanları Nyu-Yorkda qeyri-qanuni mühacirlərə qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) nümayəndələrinin bəyanat yayıb.

Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kvins və Bruklin bölgələrində başlayıb. Reydlər ABŞ prezidenti Donald Trampın sərt deportasiya siyasətini bərpa etmək üçün seçkiqabağı vədinin bir hissəsidir. Mənbələrin bildirdiyinə görə, həbslər üçün biometrik məlumat bazaları və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.

Məqsəd qeyri-qanuni immiqrantlarla əlaqəli cinayətkar qrupların fəaliyyətini pozmaqdır.

Türkan İSGƏNDƏRLİ 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью