Nyu Yorkda naməlum şəxs sığorta şirkətinin rəhbərini güllələyib

04.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin “UnitedHealthcare” sığorta şirkətinin baş icraçı direktoru, 50 yaşlı Brayan Tompson Nyu Yorkda güllələnib.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” (NYP) polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qətl dekabrın 4-də səhər saatlarında Manhettendəki “Hilton” hotelinin yaxınlığında baş verib.

Qeyd olunur ki, naməlum şəxs Tomsona atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Digər təfərrüatlar hələlik verilməyib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью