Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Nyu-York şəhərində banklardan birində siqnalizasiya sistemi işə düşüb və hadisə yerinə gələn polis maralın pəncərəni sındıraraq binaya girdiyini aşkar edib.
Oxu.Az bildirir ki, bu barədə "UPI" nəşri məlumat verib.
Məlumata görə, hadisə "Webster Bank"ın şöbəsində baş verib. Qaçmağa çalışan maral ofisdə qarışıqlıq yaradıb. Nəticədə polis əməkdaşları maralı tuta və azadlığa buraxa biliblər.
"Biz düşünürük ki, erkək maral özünə dişi axtarırdı", - deyə Suffolk dairə polisinin mətbuat xidməti yazıb.