Nyu Yorkda Ronaldonun heykəli ucaldılıb Fotolar

07.02.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun 40 illik yubileyi şərəfinə Nyu-Yorkda heykəli ucaldılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilir ki, əfsanəvi futbolçunun 3,65 metr hündürlüyündə olan bürünc heykəli heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb.

Ronaldonun heykəli Portuqaliya millisinin formasında təqdim olunur. 

Qeyd edək ki, Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə “Real Madrid”də keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью