Nyu Yorkda vertolyotun çaya düşməsi nəticəsində 6 nəfər ölüb

11.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Nyu-Yorkda helikopterin Hudson çayına düşdüyü qəzada 6 nəfərin həyatını itirdiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, Nyu York Polis Departamenti sosial media hesabından verdiyi açıqlamada qəza ilə bağlı məlumat yayıb.

Açıqlamada vertolyotun Hudson çayına düşdüyü və qəza səbəbilə ilk yardım qruplarının əraziyə yönəldildiyi bildirilib. Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, helikopter böyük ehtimalla turistik məqsədlə istifadə edilib və qəzada 6 nəfər həyatını itirib.

Nyu York meri Erik Adams keçirdiyi mətbuat konfransında qəzada 3-ü böyük, 3-ü uşaq olmaqla 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

Helikopterdə pilotla yanaşı, İspaniyadan Nyu-Yorka gələn bir ailənin olduğunu qeyd edən Adams, qəzanın səbəbini müəyyən etmək üçün araşdırmaya başlanıldığını açıqlayıb.

Nyu York Polis Departamenti komissarı Jessika Teysç dörd nəfərin qəza yerində öldüyünü, iki nəfərin isə xəstəxanada qurtqrıla bilinmədiyini bildiri.

Teysç həlak olanların ailələrinə məlumat vermə prosesində olduqlarını bildirib, lakin həyatını itirənlərin adlarını açıqlamayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью