“Nyu York”dan dramatik geridönüş: 29 xaldan

11.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

NBA final seriyasında 4-cü oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Nyu-York Niks” öz meydanında “San-Antonio Spurs”u qəbul edib.

Gərgin və dramatik keçən qarşılaşma meydan sahiblərinin 107:106 hesablı qələbəsi ilə başa çatıb.

“Nyu-York” 29 xallıq geridönüş edərək NBA final tarixinin ən böyük kambeklərindən birinə imza atıb.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Ceylen Branson olub. O, 36 xal və 7 məhsuldar ötürmə ilə oynayıb. OG Anunobi isə 33 xal toplayıb və son saniyələrdə qələbə gətirən atışı reallaşdırıb.

“San-Antonio”da Viktor Vembanyama 24 xal, 13 ribaund və 3 blokla yadda qalıb.

Bu nəticədən sonra “Nyu-York” seriyada hesabı 3:1-ə çatdırıb.

 Komandalar arasında 5-ci oyun iyunun 13-də San-Antonioda keçiriləcək.

Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib Millimiz bu gün iki matç keçirəcək Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью