525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gündən etibarən Nyu-Yorkda anomal istilər müşahidə olunacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York meri Zohran Mamdani keçirdiyi mətbuat konfransında bildirib.
Merin sözlərinə görə, isti hava həftə sonuna kimi davam edəcək. Bu müddətdə temperaturun 35-38 dərəcə olacağı, hətta 44 dərəcəyə yüksələcəyi də gözlənilir.
Qeyd edək ki, Mamdani istilərlə mübarizə fondunda şəhərdə yüzlərlə sərinləndirici məntəqənin istifadəyə veriləcəyini də deyib.
L.Tağıyeva