Icma.az bildirir, 525.az portalına istinadən.
Bruklində, uşaqlar üçün nəzərdə tutulmuş meyfançaların birində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxsin və ya şəxslərin odlu silahdan açdığı atəş nəticəsində 2 nəfər yaralanıb.
Hadisə yerinə gələn polislər yaralıları xəstəxanaya çatdırsalar da, 33 və 35 yaşları olan hər iki şəxs orada dünyasını dəyişib.
Qeyd edək ki, cinayəti törədənlərin axtarışı hələlik bir nəticə verməyib, motivləri də bəlli deyil.
L.Tağıyeva