Nyu Yorkun mərkəzində atışma VİDEO

19.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Tayms meydanında silahlı insident qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Küçə kameralarının qeydə aldığı kadrlarda qara geyimli ən azı iki şəxsin gediş-gəlişin gur olduğu ərazidə atəş açdığı görünür.

İlk atəş səslərindən sonra ətrafdakı insanlar təşviş içində fərqli istiqamətlərə qaçaraq sığınacaq axtarmağa başlayırlar.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri saxlayıblar, onun baş vermiş insidentdə ehtimal edilən iştirakı araşdırılır.

https://t.me/aznovost/167632?single

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью