Nyu Yorkun yeni meri açıqladı İlk dəyişikliyi ayaqyolunda olacaq

29.01.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Üç gün əvvəl rəsmi iqamətgahına köçən və həyat yoldaşı Rama Duvaji ilə mətbuat konfransı keçirən Nyu-Yorkun yeni müsəlman meri Zöhran Məmdani görəcəyi işlərlə bağlı danışıb.

Lent.az xəbər verir ki, Məmdani malikanənin içərisində ediləcək ilk dəyişikliyin ayaqyolunda aftafa quraşdırılması olacağını bildirib.

Bundan başqa Məmdani Greysi Mansionu məhdud ictimai girişli bir yer əvəzinə, adi Nyu-Yorklular üçün daha əlçatan etmək istədiyini vurğulayıb. Məmdani pişik saxlamaq niyyətində olduğunu da əlavə edib.

Yeni mer, gündəlik vərdişlərinin eyni qalacağını və metro ilə gəzməyə, avtobusdan istifadə etməyə və küçələrdə Nyu-Yorklularla vaxt keçirməyə davam edəcəyini söyləyib.

Qeyd edək ki, 1942-ci ildən bəri şəhər merlərinin yaşadığı 11.000 kvadrat metrlik Greysi Mansion adlı malikanə tarixi memarlığı ilə diqqət çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью