Nyu Yorkun yeni meri Trampa səsləndi: “Bu şəhərdə korrupsiyaya son qoyacam”

05.11.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Demokratlar partiyasının üzvü Zöhran Mamdani Nyu-York meri olaraq korrupsiyaya son qoyacağını və ABŞ prezidenti Donald Tramp və onun tərəfdarlarına qarşı çıxacağını vəd edib.
 

MÖVZU İLƏ BAĞLI: 
Son bir əsr ərzində Nyu-York şəhərinin ƏN GƏNC MERİ


Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
«Əgər Trampın tərəfdarı olan insanlara necə qalib gəlməyi göstərə biləcək birisi varsa, o da onu yetişdirən şəhərdir. Əgər despotu qorxuya salmağın bir yolu varsa, bu, onun hakimiyyətə gələ bilməsinə şərait yaradan səbəbləri məhv etməkdir. Beləliklə, biz yalnız Trampı deyil, ondan sonra gələnləri də dayandıracağıq», — deyə o tərəfdarlarına müraciət edərkən bildirib.
Mamdani «Tramp kimi milyarderlerin vergidən yayınmasına imkan verən korrupsiyaya son qoyacağı» sözünü verib.
 

«Nyu-York immiqrantlar tərəfindən tikilmiş, immiqrantlar tərəfindən inkişaf etdirilən və indi immiqrant tərəfindən idarə olunan şəhət olaraq qalacaq”, deyə Mamdani vurğulayıb.


«Məni dinləyin, prezident Tramp», — O, Ağ Ev sahibinə müraciət edib — «Əgər siz bizə çatmaq istəyirsinizsə, bunu etmək üçün hamımızın arasından keçməlisiniz».
Xatırladaq ki, Mamdani Uqandada dünyaya gəlib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью