Nyukasl 19 yaşlı vinger üçün 50 milyon avro ödəyəcək

02.07.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Bazoumana Ture karyerasını "Nyukasl"da davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nyukasl" və "Hoffenhaym" 20 yaşlı vingerin transferi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, transferin məbləği 50 milyon avro olacaq. Bundan əlavə, Almaniya klubu futbolçunun gələcək satışından da müəyyən faiz əldə edəcək.

Bu transfer "Hoffenhaym" tarixinin ən bahalı futbolçu satışı kimi tarixə düşəcək.

Ture ötən mövsüm Bundesliqada 30 oyunda meydana çıxaraq 5 qol vurub və 9 məhsuldar ötürmə edib. O, bununla da "Hoffenhaym"ın mövsüm üzrə ən yaxşı assist müəllifi olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью