“Nyukasl” 1988 ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

01.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

İngiltərənin “Nyukasl” klubu azarkeşlərin səsverməsi ilə seçilmiş yeni loqosunu təqdim edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni emblem bu gündən etibarən mərhələli şəkildə istifadə olunacaq.

Loqo komandanın 2027/2028-ci illər mövsümündə geyinəcəyi formalarda yer alacaq.

Qeyd edək ki, əvvəlki loqo 1988-ci ildən etibarən istifadə olunurdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью