Nyukasl 20 yaşlı qapıçıya görə 25 milyon avro ödədi

10.06.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Reyms" və Fransanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının qapıçısı Evan Jaunen karyerasınıin İngiltərədə davam etdirəcək. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc qolkiper "Nyukasl"la anlaşıb.  

20 yaşlı qapıçı İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb. "Transfermarkt"ın məlumatına görə, "sağsağanlar" onun transferi üçün "Reyms"ə 25 milyon avro ödəyib.

Qeyd edək ki, Jauen ötən mövsüm Liqa 2-də 34 oyunda 35 qol buraxıb və 15 dəfə qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью