Nyukasl” 22 yaşlı ispan üçün 100 milyon ödəməyə hazırdır

29.08.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Nyukasl"  "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Xose Alvares Aya X sosial şəbəkəsində məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 22 yaşlı ispan üçün 100 milyon avro ödəməyə və futbolçunun maaşını 4 dəfə artırmağa hazırdır.

Lopesə həm də "Tottenhem" və "Çelsi"nin də maraq dairəsindədir.

Qeyd edək ki, Lopes 2024/25 mövsümündə bütün turnirlərdə 46 matçda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью